Xəzər Xəbər

Kennedinin qətli ilə bağlı məxfi materiallar açıqlanacaq

Dünya | 09:22 • 24 Yanvar 2025
Kennedinin qətli ilə bağlı məxfi materiallar açıqlanacaq

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp sərəncam imzalayıb.

Sənəddə, həmçinin ABŞ-nin 35-ci prezidentinin qardaşı Robert Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin öldürülməsi ilə bağlı əvvəllər əldə olunmayan materialların açıqlanması da nəzərdə tutulur.

Tramp sərəncamı imzalayarkən deyib: "Bu, böyük bir şeydir, elə deyilmi? Bir çox insan bunu uzun illərdir, onilliklərdir gözləyirdi".

Xəbər lenti