Xəzər Xəbər

İran və Tacikistan arasında 23 sənəd imzalayıb

Dünya | 11:42 • 16 Yanvar 2025
İran və Tacikistan arasında 23 sənəd imzalayıb

İran və Tacikistanın hakimiyyət orqanları arasında siyasi, iqtisadi, mədəni, sosial, təhsil, nəqliyyat, gömrük, ticarət, baytarlıq və s. sahələrdə 23 anlaşma memorandumu imzalanıb.

Xezerxeber.az-ın "Tasnim"ə istinadən xəbərinə görə, memorandum İran Prezidenti Məsud Pezeşkianın Tacikistana səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, Düşənbədə səfərdə olan Məsud Pezeşkian Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb, müzakirələr aparıb.

Xəbər lenti