Avropa İttifaqı (Aİ) G7 krediti çərçivəsində Ukraynaya üç milyard avro vəsait ayırıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen "X" hesabında yazıb.
"Ukrayna öz dostlarına və tərəfdaşlarına güvənməyə davam edə bilər. Bu gün biz Ukraynaya 3 milyard avro ayırırıq ki, bu da G7 krediti çərçivəsində Aİ tərəfindən həyata keçirilən ilk ödənişdir. Ukraynaya azadlığı uğrunda mübarizəni davam etdirmək və qalib gəlmək üçün maliyyə dəstəyi göstəririk", - o qeyd edib.