Xəzər Xəbər

"Türkiyə ilə sərhədi Rusiya yox, Ermənistan hərbçiləri qoruya biləcək"

Dünya | 15:14 • 8 Yanvar 2025
"Türkiyə ilə sərhədi Rusiya yox, Ermənistan hərbçiləri qoruya biləcək"

Ermənistan və Türkiyə arasında etimad yaranacağı tədiqdirdə, sərhədi Ermənistan sərhədçiləri qoruya biləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

O qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında açıq sərhəd olacaqsa və etimad yaranacaqsa, o zaman sərhədi Rusiya yox, Ermənistan sərhədçiləri özləri qoruya biləcək. O həmçinin bildirib ki, Ermənistanın Türkiyə ilə sərhədi açılarsa, Rusiya sərhədçilərinin sayı azaldıla bilər.

Rusiyanın Gümrüdə yerləşən 102-ci  hərbi bazasının çıxarılmasının mümkünlüyü barədə danışan Ararat Mirzoyan qeyd edib ki, “belə bir məsələ gündəmdə yoxdur”.

Xəbər lenti