Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalındakı PKK/YPG terrorçularından silahlarını qeyd-şərtsiz yerə qoymasını tələb edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
Bildirilir ki, Dəməşqdə YPG nümayəndələrinin Suriyanın yeni hökuməti ilə görüşü baş tutub.
Nəşrin məlumatına görə, terrorçuların silahların yerə qoyulması müqabilində Suriyanın yeni ordusunda ən azı bir ordu korpusu və ya diviziya yaratmağı, həmçinin ölkənin şimalındakı neft yataqlarını bərabər şəkildə bölüşdürməyi təklif edib.
Bununla belə, yeni hakimiyyət PKK/YPG-nin qeyd-şərtsiz silahlarını yerə qoymağı tələb edib və bu məsələni müzakirə etməyib.