Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 israilli girovu azad etməyə hazırdır.
Xezerxeber.az xəbər verir ki, Asharq telekanalının məlumatına görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahıya qadınlar, uşaqlar və xəstələr daxildir.
2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə Qəzza sektorunda əldə edilən birhəftəlik humanitar atəşkəs rejimi zamanı HƏMAS 110 girovu azad edib. Lakin dekabrın 1-də atəşkəs rejimi pozulub və Qəzzada yenidən döyüşlər başlayıb. 2024-cü ildə Misir, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən atəşkəs üzrə sonrakı danışıqlar heç bir nəticə verməyib.
Yanvarın 2-də İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi HƏMAS-la danışıqları bərpa etmək üçün tezliklə Qətərə nümayəndə heyəti göndəriləcəyini elan edib.