Xəzər Xəbər

Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir

Dünya | 19:11 • 1 Yanvar 2025
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir

Gürcüstan Milli Bankı yanvarın 1-dən dedollarizasiya siyasətini sərtləşdirir və lari ilə kreditlərin verilməsi üçün yeni limit tətbiq edir.

Xezerxeber.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, tənzimləyici yüksək maliyyə dollarizasiyasının səbəb olduğu struktur risklərinin azaldılması istiqamətində fəal iş aparır.

Qüvvəyə minən qaydalara əsasən, yanvarın 1-dən etibarən kredit təşkilatları xarici valyutada 500 min lariyə qədər (dollar ekvivalentində 177 min dollardan bir qədər çox) kredit vermək hüququna malik olmayacaqlar.

500 min lari məbləğində kredit limiti eyni valyutada tam təminatlı kreditlərə, Gürcüstanda qeydiyyatda olmayan hüquqi şəxslərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən kreditlərə şamil edilməyəcək.

Bununla belə, lari və dollar kreditləri üzrə faiz dərəcələri dəyişməz qalır.

2023-cü ildə Milli Bank 300 min laridən yuxarı limitli kreditlər üçün hedcinq tətbiq etmək qərarına gəlib, mayda isə limiti 400 min lariyə qədər artırıb.

Milli Bankın məlumatına görə, son tədbirlər fonunda dollarizasiya əhəmiyyətli dərəcədə azalıb. Lakin dollarizasiya və onunla bağlı struktur risklər maliyyə sektorunun əsas problemlərindən biri olaraq qalır.

Xəbər lenti