Qazaxıstanın “Qazaq Air” aviaşirkəti “Astana - Yekaterinburq” marşrutu üzrə reysləri 2025-ci il yanvarın 27-dək dayandırıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə şirkətin “Teleqram” kanalında məlumat veriliub.
Bildirilib ki, uçuşların bərpası mövcud risklərin qiymətləndeirilməsindən asılı olacaq.
Eyni zamanda şirkət sözügedən istiqamətə səyahət etməli olan sərnişinlərin uçuş biletlərinə ödədikləri vəsaitləri geri qaytaracağını da açıqlayıb.
Şirkətin rəsmi açıqlamasında risklərin qiymətləndirilmə meyarlarına cavab verməsi səbəbindən Omsk və Novosibirsk istiqamətlərinə uçuşların davam etdiriləcəyi bəyan edilib.
Xatırladaq ki, aviaşirkətlər bu addımı AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra atıb.
Qəzadan sonra təyyarənin qalıqlarında zenit raketlərinin izlərinə bənzər əlamətlərin əks olunduğu görüntülər yayılıb.