Son 15 gündə Suriyaya qayıdanların sayı 25 mini keçib və bu rəqəm 7 dəfə artıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Anadolu Agentliyinə bildirib.
O, 2017-ci ildən bəri 763 443 suriyalının könüllü, təhlükəsiz və nizamlı olaraq ölkələrinə qayıtdığını bildirib.