ABŞ Prezidenti Cozef Bayden edam cəzasına məhkum edilmiş 37 məhbusun cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ evin saytında yerləşdirilən press-relizdə bildirilib.
Qərara əsasən, hazırda ABŞ-da ölüm hökmünün icrasını gözləyən 40 nəfərdən 37-nin cəzası azadlığa çıxma imkanı olmadan ömürlük həbslə əvəz ediləcək.
Cinayətkarları sərt şəkildə qınadığını vurğulayan ABŞ Prezidenti onların qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, yanvar ayında ABŞ mediası Cozef Baydenin federal səviyyədə çıxarılan edam hökmlərinə moratoriumun tətbiq edilməsini dəstəklədiyi barədə məlumatlar yayıb.