Xəzər Xəbər

Bayden administrasiyası Ukraynaya 1,22 milyard dollarlıq hərbi yardım göndərəcək

Dünya | 15:14 • 18 Dekabr 2024
Bayden administrasiyası Ukraynaya 1,22 milyard dollarlıq hərbi yardım göndərəcək

ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Cozef Baydenin administrasiyası 2024-cü ilin sonunadək Ukraynaya 1,22 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Xezerxeber.az xəbər verir ki, “Defense One” portalı bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuruna istinadla məlumat yayıb. Onun sözlərinə görə, həmin vəsait ABŞ istehsalçılarından silah alınmasını nəzərdə tutan Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq.

Dekabrın əvvəlində “Reuters” agentliyi Ağ evin USAI vasitəsilə Ukraynaya 988 milyon dollar həcmində növbəti hərbi yardım paketi üzərində işlədiyini bildirmişdi.

Qeyd edək ki, Cozef Bayden administrasiyası indiyədək əhəmiyyətli maliyyə və hərbi resurslarla Kiyevi fəal şəkildə dəstəkləyib. Bu dəstəyə silah tədarükü, Ukrayna hərbçilərinin təlimi və ümumilikdə 59 milyard dollardan çox humanitar yardım daxildir.

Xəbər lenti