Xəzər Xəbər

Böyük Britaniya Suriyaya 50 milyon funt-sterlinq dəyərində yardım paketi elan edib

Dünya | 09:16 • 16 Dekabr 2024
Böyük Britaniya Suriyaya 50 milyon funt-sterlinq dəyərində yardım paketi elan edib

Böyük Britaniya keçən həftə Prezident Bəşər Əsədin devrilməsindən sonra həssas vəziyyətdə olan suriyalılara dəstək məqsədilə 50 milyon funt-sterlinq (təxminən 63 milyon dollar) dəyərində yardım paketi açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə xarici işlər naziri David Lemmi məlumat verib. Paketin 30 milyon funt-sterlinqi ərzaq, sığınacaq, təcili tibbi yardım və ən həssas qrupların qorunması da daxil olmaqla, bir milyondan çox insana dərhal yardım göstərmək üçün nəzərdə tutulub.

Suriyalı qaçqınlara dəstək məqsədilə qonşu ölkələr Livan və İordaniyada da tədbirlər planlaşdırılıb. Dünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə hər iki ölkədə suriyalı qaçqınlara yardım üçün 20 milyon funt-sterlinq ayrılacaq.

Xəbər lenti

Çox oxunanlar