Xəzər Xəbər

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edilib

Dünya | 18:22 • 15 Dekabr 2024
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edilib

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs ediliblər.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə “Yonhap” məlumat yayıb.

Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.

Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.

Xəbər lenti

Çox oxunanlar