Xəzər Xəbər

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Dəməşqdədir

Dünya | 15:58 • 15 Dekabr 2024
BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Dəməşqdədir

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Dəməşqə gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Vətən” qəzeti məlumat yayıb. Nəşr səfərlə bağlı başqa təfərrüatlara yer verməyib.

Dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı region ölkələrini Suriyanın ərazi bütövlüyünü pozan hər hansı hərəkətdən çəkinməyə çağırıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, region dövlətləri və beynəlxalq ictimaiyyət Suriya xalqının öz yolunu seçə bilməsi üçün onlara dəstək olmağa diqqət etməlidir.

Xəbər lenti