Xəzər Xəbər

Macarıstanın Parisdəki səfirliyində bomba təhdidi ilə bağlı axtarış aparılır

Dünya | 20:10 • 14 Dekabr 2024
Macarıstanın Parisdəki səfirliyində bomba təhdidi ilə bağlı axtarış aparılır

Macarıstanın Fransadakı səfirliyi elektron poçt vasitəsilə bomba təhdidi alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin sözçüsü Zoltan Kovacs “X” platformasındakı paylaşımında bildirib.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib ki, diplomatlara elektron poçtla göndərilmiş xəbərdarlıqda kustar üsulla hazırlanmış partlayıcıların fotosu var, amma hələlik bu partlayıcılar tapılmayıb.

Nazir əlavə edib ki, ilkin məlumatlara əsasən, xəbərdarlıq məktubu qonşu ölkələrlə əlaqəli bir ünvandan göndərilib. Qeyd edilib ki, hazırda səfirlik binasında axtarışlar davam edir.

Xəbər lenti

Çox oxunanlar