Xəzər Xəbər

Türkiyə hər yerdə humanitar xarici siyasət yanaşmasını davam etdirir Ərdoğan

Dünya | 14:39 • 13 Dekabr 2024
Türkiyə hər yerdə humanitar xarici siyasət yanaşmasını davam etdirir

Türkiyə Qarabağdan Balkanlara, Suriyadan Ukraynaya qədər hər yerdə təşəbbüskar, həll yönümlü və humanitar xarici siyasət yanaşmasını davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Strateji Kommunikasiya Sammitinə (Stratcom Summit 2024) göndərdiyi yazılı mesajda bildirib.

Ərdoğan Türkiyənin beynəlxalq arenadakı artan güclü nüfuzunu vurğulayıb.

“Türkiyə bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması üçün çoxşaxəli diplomatiya təşəbbüslərini böyük əzmlə davam etdirir”, - Türkiyə Prezidenti əlavə edib.

Xəbər lenti

Çox oxunanlar