ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 12-si, 13-ü İordaniya və Türkiyədə səfərdə olacaq.
Xezerxeber.az-ın məlumatına görə, hər iki ölkəyə səfər zamanı o, liderlərlə Suriya, İsrail, Qəzza, Livanda və bütün regionda baş verən son hadisələri müzakirə edəcək. Görüşlərdə ikitərəfli münasibətlər də müzakirə olunacaq.
Bu, Blinkenin regiona ötən il İsrail-HƏMAS müharibəsi başlayandan 12-ci, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən salınmasından bəri birinci səfəridir.