Ermənistan Parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatı David Aruşanyan mandatından imtina edib.
Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, xəbəri qanunverici orqanın sədrinin mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, 2021-2022-ci illərdə Gümri icmasının sədr müavini olmuş D.Aruşanyanın rəhbər postuna real namizədliyi nəzərdən keçirilir. Bu barədə o, özünün “Facebook” hesabında da yazıb.