İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın yamac paraşütü bölməsinin rəhbərini zərərsizləşdirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna havadan sızmasına rəhbərlik edən Salah Dahhamı öldürülüb.
Dahham Qəzzanın şimalındakı Cəbələ bölgəsində HƏMAS-ın yamac paraşütü bölməsinin rəhbəri vəzifəsində çalışıb.