Rusiya Dövlət Dumasında rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinə baxılıb.
Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.
Qanunun lehinə 409 deputat, əleyhinə isə bir deputat səs verib.
Rus dili bilikləri olmayan miqrant uşaqlarının məktəblərə qəbuluna qadağa qoyan qanunun əleyhinə səs verən deputatın Vahid Rusiya partiyasından olan ermənipərəst Konstantin Zatulin olduğu məlum olub