Xəzər Xəbər

Makron İvanişvili ilə telefonla 1 saat danışıb

Dünya | 14:30 • 11 Dekabr 2024
Makron İvanişvili ilə telefonla 1 saat danışıb

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, məlumatı “Gürcü Arzusu” yayıb.

 Bildirilib ki, telefon danışığı Fransa Prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.

 “Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib” - “Gürcü Arzusu”nun məlumatında qeyd edilib.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024