Xəzər Xəbər

Kremldən Əsədin vəzifəsindən getmə qərarının necə verildiyi barədə açıqlama

Dünya | 15:30 • 10 Dekabr 2024
Kremldən Əsədin vəzifəsindən getmə qərarının necə verildiyi barədə açıqlama

"Suriyanın eks-prezidenti Bəşər Əsəd vəzifəsini tərk etmək qərarını özü şəxsən qəbul edib".

Xezerxeber.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kreml nümayəndəsindən Rusiyanın Əsədin Moskvaya köçürülməsində hansı rol oynadığı və onun istefasında iştirak edib-etmədiyi soruşulub.

"Dövlət başçısı vəzifələrinin icrasından uzaqlaşmaq Əsədin şəxsi qərarı idi. Qalan hər şey barədə şərhsiz...", - deyə Peskov cavab verib.

Qeyd edək ki, Kremldəki mənbə Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu bildirib. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024