İsrail ordusu qoşunlarının Dəməşqə doğru irəlilədiyinə dair xəbərləri təkzib edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Aviçay Adraee “X” platformasındakı paylaşımında bildirib.
O qeyd edib ki, bəzi KİV-də İsrail ordusunun qoşunlarının irəlilədiyi və ya Dəməşqə yaxınlaşması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır: "İsrail ordusu yalnız Colan təpələrində İsrail-Suriya sərhədində yerləşən bufer zonanın daxilində fəaliyyət göstərir".