Xəzər Xəbər

Gürcüstan parlamenti 8 yüksək vəzifəlinin mandatını ləğv etdi SİYAHI

Dünya | 14:55 • 10 Dekabr 2024
Gürcüstan parlamenti 8 yüksək vəzifəlinin mandatını ləğv etdi

Prezident və müxalifət tərəfindən tanınmayan Gürcüstan parlamenti bu gün səkkiz deputatın mandatını ləğv edib.

Xezerxeber.az xəbər verir ki, məsələ dekabrın 10-da səsverməyə çıxarılıb və təsdiqlənib.

“Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, partiya sədri – keçmiş baş nazir İrakli Qaribaşvili, hazırkı baş nazir İrakli Kobaxidze, prezidentliyə namizəd Mixail Kavelaşvilinin, habelə nazir və nazir müavinlərinin deputat mandatları ləğv edilib:
 

İrakli Kobaxidze (baş nazir);

Maki Boçorişvili (xarici işlər naziri);

Anri Oxanaşvili (ədliyyə naziri);

David Sonqulaşvili (Ətraf mühit və kənd tsərrüfatı naziri);

Mariam Kvrivişvili (İqtisadiyyat nazirinin müavini);

Bidzina İvanişvili (“Gürcü arzusu”nun fəxri sədr”);

İrakli Qaribaşvili (“Gürcü arzusu”nun sədri);

Mixeil Kavelaşvili (“Gürcü arzu”sundan prezidentliyə namizəd).

Mandatlara xitam verilməsi qərarının əleyhinə səs verən olmayıb.

11-ci çağırış parlamentin iclaslarında yalnız “Gürcü arzusu”nun üzvləri iştirak edib. Bundan əvvəl müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını hesab edərək, parlamentin legitimliyini tanımadıqları üçün mandatlarından imtina ediblər.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024

Çox oxunanlar