Kanada parlamentinin İcmalar Palatası (aşağı palatası) üçüncü dəfə müxalif Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdoya etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Parlamentin saytında yer alan məlumatda bildirilir.
Təşəbbüsü 152 deputat dəstəkləyib, 180 deputat isə əleyhinə çıxıb. Xatırladaq ki, bundan öncə mühafizəkarlar iki dəfə etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etsələr də onların təklifi uğursuz oldu.
Kanadada növbəti parlament seçkiləri 2025-ci ilin oktyabrına təyin edilib.