Xəzər Xəbər

Almaniya suriyalı qaçqınların sığınma barədə müraciətlərinə baxılmasını dayandırıb

Dünya | 22:20 • 9 Dekabr 2024
Almaniya suriyalı qaçqınların sığınma barədə müraciətlərinə baxılmasını dayandırıb

Almaniya Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yaranan siyasi qeyri-müəyyənliklə əlaqədar bu ölkədən olan qaçqın və miqrantların sığınma barədə müraciətlərinə baxılma prosesini dayandırıb.

Yerli “Deutsche Welle” yazır ki, bu barədə prosesdən məsul dövlət qurumu – Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) məlumat yayıb.

BAMF-in məlumatına görə, hazırda Suriya vətəndaşlarının sığınma tələbi ilə 47 min müraciəti baxılma mərhələsindədir. Onlardan 46 min 81 nəfəri dəfə müraciət edənlərə aiddir.

Almaniya Daxili İşlər Nazirliyinin 2024-cü il oktyabrın 31-nə olan məlumatına görə, ölkədə 974 min 136 nəfər Suriya əsilli şəxs yaşayır. Onlardan 5090-ı sığınma müraciəti qəbul olunanlar, 321 min 444-ü qaçqın, 329 min 242-si müvəqqəti yaşama icazəsi alan şəxslərdir. Digərləri isə ailə birləşməsi və digər əsaslarla ölkədə qalma icazəsinə sahib olanlardır.

Xəbər lenti