Danimarkadan göndərilən "F-16" qırıcılarının ikinci partiyası Ukraynaya çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X"də paylaşım edib.
O qeyd edib ki, bu addım insan həyatının müdafiəsi istiqamətində liderlik nümunəsidir:
"Danimarkanın birinci partiyada göndərdiyi qırıcılar artıq Rusiyanın atdığı raketlərin vurulmasında istifadə olunur, insanlarımızın həyatını və infrastrukturumuzu xilas edir. İndi hava müdafiəmiz daha da gücləndirilib".