Xəzər Xəbər

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

Dünya | 12:37 • 7 Dekabr 2024
ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.

"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Xəbər lenti

Çox oxunanlar