Xəzər Xəbər

Cənubi Koreya lideri xalqdan üzr istəyib

Dünya | 12:11 • 7 Dekabr 2024
Cənubi Koreya lideri xalqdan üzr istəyib

Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiqinə görə xalqdan üzr istəyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Yonhap” İnformasiya Agentliyi məlumat yayıb.

O, baş verənlərə görə siyasi və hüquqi məsuliyyətdən qurtula bilməyəcəyini etiraf edib.

Yun Sok Yol bir daha analoji qərarlar qəbul etməyəcəyinə də söz verib.

Xəbər lenti

Çox oxunanlar