Xəzər Xəbər

Ərdoğandan Suriya açıqlaması: Hədəf Dəməşqdir

Dünya | 15:26 • 6 Dekabr 2024
Ərdoğandan Suriya açıqlaması: Hədəf Dəməşqdir

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyada baş verənlərə münasibət bildirib.

Xezerxeber.az-ın NTV-yə istinadən məlumatına görə, Ərdoğan deyib ki, Susiyada müxalifətin yürüşü İdlib, Hama, Homs və Dəməşqdən ibarətdir.

Türkiyə lideri Suriya Prezidenti Bəşər Əsədə çağırış etdiklərini xatırladıb: “İdlib, Hama, Homs və hədəf təbii ki, Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir və ümid edirik ki, bu, insidentsiz və problemsiz davam edəcək. Əsədə çağırış etmişdik. "Gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək" demişdik. Ancaq müsbət cavab ala bilmədik”, - Ərdoğan vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar