Xəzər Xəbər

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə razılığa gələ bilər

Dünya | 13:39 • 6 Dekabr 2024
Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə razılığa gələ bilər

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri ilin sonunadək Rusiya əleyhinə növbəti sanksiyalar paketi üzrə razılığın əldə olunacağına ümid edirlər.

Xezerxeber.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bəzi diplomatlar razılığın bu gün əldə olunacağına inanırlar.

Avropa İttifaqının daimi nümayəndələri səviyyəsində razılaşma sanksiyaların təsdiqi prosesinin ilkin mərhələsidir və bundan sonra sənəd Avropa Şurası tərəfindən təsdiqlənməlidir.

Bir müddət öncə “Bloomberg” agentliyi öz mənbələrinə istinadla yeni sanksiyalar paketinə əlavə ticarət məhdudiyyətlərinin daxil ediləcəyini və Rusiyanın kənd təsərrüfatı məhsullarına rüsumların artırılacağını yazmışdı.

Xəbər lenti

Çox oxunanlar