"SpaceX"in qurucusu İlon Mask ABŞ-də prezident seçkiləri zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Federal Seçki Komissiyasının sənədlərinə əsaslanaraq CNN telekanalı məlumat yayıb.
Məqalədə qeyd olunur ki, SpaceX-in qurucusu prezident kampaniyasının ən böyük siyasi sponsorlarından biri olub və bu ilin seçkilərinin nəticəsinə böyük təsir göstərib.