Xəzər Xəbər

Almaniya Ukraynaya atəşkəsdən sonra sülhməramlı qüvvələr göndərə bilər

Dünya | 09:16 • 6 Dekabr 2024
Almaniya Ukraynaya atəşkəsdən sonra sülhməramlı qüvvələr göndərə bilər

Almaniya Ukraynada atəşkəsdən sonra sülhməramlı qüvvələrdə iştirakının mümkünlüyünü istisna etmir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bildirib.

“Biz hazırlaşırıq, ssenarilər qururuq, amma bunu məxfi edirik. İndi bunu açıq şəkildə müzakirə etməyin vaxtı deyil. Nəticədə sülhməramlı qüvvələrdə hərbi iştirak məsələsi şərtlərdən asılı olacaq”, - deyə nazir qeyd edib.

O izah edib ki, atəşkəs olarsa və hərbi yolla sülhməramlı tədbirlər görməyə qərar verilərsə, bu, mandat növündən, tələblərdən və döyüşən tərəflərin razılığından asılı olacaq.

Bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı spekulyasiya etmək hələ tezdir.

Xəbər lenti

Çox oxunanlar