ABŞ-nin Astanadakı səfiri Daniel Rozenblüm Qazaxıstan hökumətinə bildirib ki, 2025-ci il yanvarın 20-də ABŞ Dövlət Departamentində 28 illik uğurlu karyerasını başa vuraraq vəzifəsindən istefa verəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, diplomat 2022-ci ilin noyabrından missiyanın rəhbəri vəzifəsini icra edir. D.Rozenblüm Vaşinqtonun güclü və inkişaf edən tərəfdaşlıq əlaqələri qurduğu Qazaxıstanda ABŞ-ni təmsil etmək imkanına görə minnətdarlığını bildirib.
Məlumatda qeyd olunur ki, səfirin rəhbərliyi altında ABŞ və Qazaxıstan arasında əlaqələr inkişaf edib, ticarət və investisiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib.