Xəzər Xəbər

Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, toqquşma olub YENİLƏNİB/FOTO

Dünya | 19:55 • 3 Dekabr 2024
Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, toqquşma olub

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə fövqəladə hərbi vəziyyət elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barəfə "Yonhap" agentliyi məlumat yayıb.

Hərbi vəziyyət Şimali Koreyanı dəstəkləyən qüvvələri aradan qaldırmaq və konstitusiya qaydasını dəstəkləmək üçün elan olunub. 

Onun sözlərinə görə, artıq parlamentin binası qarşısına toplaşan müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınıb.

Bu arada, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.

Qeyd edək ki, ölkənin Konstitusiyasına əsasən qanunverici orqan səs çoxluğu ilə hərbi vəziyyətin ləğvi barədə qərar qəbul etsə, dövlət başçısı onun icrasını təmin etməlidir.

18:27

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə fövqəladə hərbi vəziyyət elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barəfə "Yonhap" agentliyi məlumat yayıb.

Hərbi vəziyyət Şimali Koreyanı dəstəkləyən qüvvələri aradan qaldırmaq və konstitusiya qaydasını dəstəkləmək üçün elan olunub.

Xəbər lenti

Çox oxunanlar