Avropa İttifaqı (Aİ) Gürcüstandakı seçkilərlə bağlı ATƏT nümayəndə heyəti ilə görüşün nəticələrini gizlədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.
“Bu görüş keçirilib, amma bizə ictimaiyyətə nə deyildiyi açıqlanmadı. Ondan sonra tam sükut baş verdi, bu isə şübhələr doğurur və suallar yaradır. Bunun əvəzində biz ATƏT Parlament Assambleyasının sədri tərəfindən verilən bəyanatı gördük, o da missiyanın rəhbərlərindən biri idi və bir daha BDTİP/ATƏT-in seçkilərin rəqabətli olduğu və Gürcüstanda seçilmiş hökumətin olduğu ilə bağlı nəticələrini təkrarladı. Nədənsə bütün bunlar gözardı edilir və biz Avropa həmkarlarımızdan heç bir reaksiya görmürük, bu da bir daha suallar doğurur ki, biz nə ilə üz-üzəyik”, - o bildirib.