Dünən 12 nazir təyin olunub, bununla da 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılması tamamlanıb.
Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib
Baş nazirin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək, bundan sonra bütün konstitusiya orqanları xalqın əksəriyyətinin iradəsinə uyğun olaraq tamamlanacaq.