Xəzər Xəbər

Gürcüstanda kütləvi istefalar davam edir

Dünya | 13:26 • 1 Dekabr 2024
Gürcüstanda kütləvi istefalar davam edir

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra ölkənin xarici ölkələrdəki səfirləri istefa verməyə başlayıb. 

Xezerxeber.az-ın xəbərinə görə, ötən gün Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, habelə ölkənin ABŞ və Litvadakı səfirləri David Zalkaliani və Salome Şafakidze, Niderland Krallığındakı səfiri David Solomonia paytaxt Tbilisi və digər şəhərlərdəki etirazlar fonunda istefa veriblər. 

David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib: “İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”. 

Qeyd edək ki, David Zalkaliani ölkənin sabiq xarici işlər naziridir. Yaxın saatlarda isə Bolqarıstandakı səfir Otar Berdzenişvili və İtaliyadakı səfir İrakli Vekua da istefa veriblər. Bildirilir ki, istefalar davam edəcək. 

Xatırladaq ki, səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar. 

Xəbər lenti

Çox oxunanlar