Xəzər Xəbər

Polşa Rusiya ilə sərhəddə 3,5 min “beton kirpi” quraşdırıb

Dünya | 15:14
Polşa Rusiya ilə sərhəddə 3,5 min “beton kirpi” quraşdırıb

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində yerləşən “Şərq qalxanı” müdafiə istehkam xəttinin birinci hissəsində 3,5 min “beton kirpi” quraşdırıb.

Xezerxeber.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bunu istehkam xəttinin inşa edilən ilk hissəsinə baş çəkərkən deyib. Hökumət başçısı, həmçinin ölkənin şərq sərhədinin 300 kilometrlik hissəsində “güclü infrastruktur” qurulacağını bildirib.

Donald Tusk noyabrın 1-də “Şərq Qalxanı” proqramı çərçivəsində Polşanın Rusiya ilə sərhədində müdafiə istehkam xəttinin tikintisinə başlandığını elan edib. 2028-ci ildə tamamlanması planlaşdırılan layihənin dəyəri 10 milyard zlotı (təxminən 2,5 milyard dollar) həcmində qiymətləndirilir. Layihə çərçivəsində respublikanın şərq sərhədi boyunca səngərlərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə “kirpilər” quraşdırılması və aktiv müşahidə sisteminin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar