Salvador hüquq-mühafizə orqanlarının əməkdaşları respublika sahillərində iki ton kokaini müsadirə etməyə nail olublar.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Estero de Jaltepeque körfəzindən 752 km cənub-qərbdə 3 kolumbiyalının 50 milyon dollar dəyərində narkotik vasitə daşıdığı gəmi saxlanılıb.
Bukele qeyd edib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda təxminən 380 milyon dollar dəyərində olan 15 tondan çox kokain ələ keçirib.