Xəzər Xəbər

Hindistanlı nazir havanın çirkli olmasına görə hökuməti fövqəladə vəziyyət elan etməyə çağırıb

Dünya | 14:37
Hindistanlı nazir havanın çirkli olmasına görə hökuməti fövqəladə vəziyyət elan etməyə çağırıb

Dehlinin də daxil olduğu paytaxt regionunun əsas naziri Atişi Marlena Hindistan mərkəzi hökumətindən havanın çirkli olmasına görə dərhal fövqəladə vəziyyət elan etməyə və koronavirus pandemiyası zamanı görülən tədbirlərə bənzər addımlar atmağa çağırıb.

“The Indian Express” qəzetinin məlumatına görə, Atişi Marlena ölkənin Baş naziri Narendra Modini və Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin rəhbərliyini fəaliyyətsizlikdə ittiham edib.

Son həftələr Hindistanın şimalındakı bir neçə rayonda, xüsusən Hind-Qanq düzənliyində havanın hədsiz çirkləndiyi müşahidə olunur. Ən ağır vəziyyət isə Dehlidə yaranıb. Orada atmosferin mövcud durumu “son dərəcə təhlükəli” kateqoriyasına aiddir.

Hindistanın paytaxtı hər il noyabr-dekabr aylarında havanın keyfiyyətinin kəskin pisləşməsi ilə üzləşir. Buna qonşu ştatlarda məhsul yığımından sonra fermerlərin quru otları yandırması səbəb olur. Nəticədə, tüstü dumanı alçaqda yerləşən şəhəri bürüyür. Həkimlər belə şəraitdə sakinləri küçəyə çıxmamağa və ya qoruyucu maskalardan istifadə etməyə çağırır.

Xəbər lenti

Çox oxunanlar