İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
Xezerxeber.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir”, - deyə Baş nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, İsrail Fələstin anklavında HƏMAS-ın bütün strukturlarını məhv etməkdə qərarlıdır.