“Hizbullah” Livanın cənubunda İsrail ordusunun Qolani briqadasına qarşı hücum təşkil edildiyini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, təşkilat həmçinin Livana quru əməliyyatlarının başladığı oktyabr ayından bu yana 110-dan çox İsrail əsgərinin öldürüldüyünü və 1050-dən çox əsgərin yaralandığını iddia edib.
“Hizbullah” tərəfindən verilən yazılı açıqlamada İsrailə qarşı hücumların sürətləndiyi və təşkilatın raket ehtiyatının azaldığı iddialarına cavab olaraq İsrailin Hayfa şəhərinə hücum təşkil edildiyi bildirilib.
Anadolu Agentliyinin xəbərinə görə açıqlamada İsrail əsgərlərinin Livanın cənubundakı Aytarun, Marun ər-Ras və Aynata üçbucağında pusquya düşürüldüyü bildirilib.