Xəzər Xəbər

NATO-nun maliyyələşmə mexanizmi dəyişdirilə bilər

Dünya | 16:00 • 14 Noyabr 2024
NATO-nun maliyyələşmə mexanizmi dəyişdirilə bilər

NATO ölkələri maliyyələşmə mexanizmini dəyişdirərək hər bir üzvün ümumi daxili məhsulunun iki faizini xərcləmə öhdəliyini müəyyən edilmiş konkret məbləğlə əvəzləyə bilər.

Xezerxeber.az xəbər verir ki, NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bunu “Newsweek” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hələlik NATO-nun vəziyyəti kökündən dəyişmək üçün vasitəsi və vaxtı yoxdur. Bununla belə, alyans üzvləri iki faizlik xərcləmə məqsədindən uzaqlaşa və konkret tapşırıqlar üçün vəsait ayıra bilərlər.

Admiral, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ümumi daxili məhsulunun iki faizini ödəmə hədəfinə çatmayan NATO ölkələrini tənqid etməsini “ədalətli” adlandırıb. O, Donald Trampın Ağ evə qayıtmasından sonra ABŞ-ın alyansdan çıxması məsələsinin müzakirə olunmayacağına ümidini ifadə edərək deyib: “Vaxtilə bu məsələ aktual olsa da, artıq belə deyil”.

Qeyd edək ki, Donald Tramp NATO-nun fəaliyyətindən dəfələrlə narazılığını bildirib və seçkilərdə qalib gələcəyi təqdirdə Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib.

Xəbər lenti

Çox oxunanlar