Xəzər Xəbər

Polşa Ukrayna üzərindəki raketləri vurmayacaq

Dünya | 14:50 • 12 Noyabr 2024
Polşa Ukrayna üzərindəki raketləri vurmayacaq

Polşa Silahlı Qüvvələri Ukrayna üzərindəki raketləri vurmayacaq. Çünki bu, Varşavanın NATO hava məkanını qorumaq öhdəliyinə daxil deyil.

Xezerxeber.az xəbər verir ki, Polşa ordusunun Baş Qərargah rəisi Veslav Kukula bu barədə “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

“Bizim mövqeyimiz və NATO-dakı müttəfiqlərimizin mövqeyi bəllidir. Alyansın səmasını qorumaq üçün məsuliyyətimiz öz sərhədlərimizlə müəyyən edilir”, - deyə polşalı general bildirib.

Qeyd edək ki, iyulun 8-də Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Varşavanın NATO müttəfiqləri ilə sərhəd yaxınlığında uçan raketlərin vurulması imkanını müzakirə edəcəyini deyib. Müzakirəyə başlamaq zərurəti ilə bağlı məqam həmin gün Varşavada Donald Tusk və Volodimir Zelenski tərəfindən imzalanan müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq haqqında ikitərəfli sazişə daxil edilib.

Vaşinqton Polşa tərəfinin fikrinə skeptik yanaşıb. Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bunun münaqişənin genişlənməsinə gətirib çıxara biləcəyini deyib. Polşa Müdafiə Nazirliyi isə NATO-nun yekdil qərarı olmadan belə addımlar atmaq fikrində olmadıqlarını vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar