Xəzər Xəbər

Cənubi Koreya KXDR-yə cavab olaraq ballistik raket buraxıb

Dünya | 09:23 • 8 Noyabr 2024
Cənubi Koreya KXDR-yə cavab olaraq ballistik raket buraxıb

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket buraxılışlarına cavab olaraq Sarı dənizdə “Hyonmu-2” sinifli yaxınmənzilli ballistik raketi buraxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, raket Seuldan 108 km məsafədə yerləşən Taean əyalətinin qərbindəki sınaq poliqonundan buraxılıb. Təlimlər zamanı ilk hücum etdiyi iddia edilən Şimali Koreya gəmisinə hücum ssenarisi işlənib. Qeyd olunur ki, hərbi manevrlərin məqsədi Seulun Pxenyanın “istənilən təxribatına cavab verməyə” hazır olduğunu göstərməkdir.

Noyabrın 5-də Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib ki, Şimali Koreya şimal-şərq istiqamətində ən azı yeddi ballistik raket buraxıb. Onların hamısı Yaponiyanın müstəsna iqtisadi zonasından kənara çıxıb.

Xəbər lenti

Çox oxunanlar