Xəzər Xəbər

Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb

Dünya | 08:28 • 4 Noyabr 2024
Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasi gərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanat yayıb.

Xezerxeber.az xəbər verir ki, nazirlik bəyanatında Türkiyənin Sudandakı humanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəf alan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıq keçirdiyini vurğulayıb.

Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh və sabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmiş insanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin dayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhal görülməsi üçün çağırış edilib.

Mətndə qeyd olunub ki, Türkiyə Sudanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildə dəstəkləyir, eləcə də Sudan xalqının çəkdiyi əziyyətin yüngülləşdirilməsi üçün zəruri humanitar yardımlarını davam etdirəcək.

Xəbər lenti