Xəzər Xəbər

Çexiya Prezidenti onlarla ölkə vətəndaşına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verib

Dünya | 09:53 • 3 Noyabr 2024
Çexiya Prezidenti onlarla ölkə vətəndaşına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verib

Çexiya Prezidenti Petr Pavel bir neçə onlarla ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib. Ümumilikdə, çexlər icazə üçün təxminən 200 sorğu təqdim ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Çeski rozhlas” məlumat yayıb. 

Dövlət başçısının mətbuat katibi Filip Platoşun sözlərinə görə, 180-dən çox çex Ukrayna ordusuna qoşulmaq üçün ölkə prezidentinə müraciət edib.

Çexiya qanunlarına görə, vətəndaşlar ölkə prezidentinin icazəsi olmadan xaricdəki hərbi və ya hərbiləşdirilmiş birləşmələrdə iştirak edə bilməzlər.

Nəşrin məlumatına görə, Çexiya Prezidentinin ölkənin 60 vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verdiyi məlum olub.

Xəbər lenti

Çox oxunanlar