Xəzər Xəbər

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb

Dünya | 20:25 • 2 Noyabr 2024
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, onlarla insan hələ də itkin sayılır.

Xezerxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes televiziyadakı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət artıq fəlakət bölgəsinə yerləşdirilən 2 500 hərbçidən əlavə, ərazinin axtarışı və təmizlənməsinə kömək etmək üçün daha 5 000 hərbçi göndərir.

“Bu, İspaniya Silahlı Qüvvələrinin sülh dövründə ən böyük əməliyyatıdır. Hökumət lazım olduğu müddətdə bütün lazımi resursları səfərbər edəcək”, - Sançes deyib.

İspaniyada baş verən təbii fəlakət 1967-ci ildə Portuqaliyada azı 500 nəfərin ölümü ilə nəticələnən daşqınlardan sonra Avropadakı ən böyük fəlakət olub.

Xəbər lenti