Xəzər Xəbər

Avropada istixana qazlarının həcmi azalıb

Dünya | 13:50 • 1 Noyabr 2024
Avropada istixana qazlarının həcmi azalıb

2023-cü ildə Avropa İttifaqında atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb.

Xezerxeber.az xəbər verir ki, statistikanı Avropa Komissiyası yayıb.

Bildirilib ki, bu, son 10 ildə ən yaxşı göstəricidir. Yalnız 2020-ci ildə azalma 9,8 faiz olmuşdu ki, bu da koronavirus pandemiyası dövrünə təsadüf edir.

İstixana qazlarının ən çox hasil olduğu ölkələrdən olan ABŞ-da azalma cəmi 1,4 faizdir. Hindistanda isə, bunun əksinə 6,1 faizlik artım qeydə alınıb.

Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi 37 azalıb. Lakin 2030 və 2050-ci il hədəflərinə çatmaq üçün hələ çox iş görülməlidir.

Xəbər lenti

Çox oxunanlar